"Sabah" "Şamaxı"ya qarşı - Yenilənir

"Sabah" "Şamaxı"ya qarşı - Yenilənir
PREMYER LİQA 9 May 2025 / 09:00 1446
-  A +

Bu gün Misli Premyer Liqasında 34-cü tur başlayacaq.

QOL.az xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. 5-ci pillədəki "Sabah" 7-ci sradakı "Şamaxı"nı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək. 

Bu komandalar arasında əvvəlki 3 dövrənin oyunlarında 2 dəfə "Şamaxı" qalib gəlib (3:1, 1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (2:2).

Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.

9 may (cümə)

19:00. “Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

“Bank Respublika Arena”

10 may (şənbə)

17:00. “Səbail” – “Zirə”

19:30. “Turan Tovuz” – “Neftçi”

11 may (bazar)

18:00. “Kəpəz” – “Sumqayıt”

 

20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 12 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol


Son xəbərlər