"Trabzonspor"un futbolçusu Marek Hamşik bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu təşkil etdiyi mətbuat konfransında bildirib: "Mənə bu şansı verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm. Hər zaman yanımda olduqlarına görə ailəmə və yaxın dostlarıma təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük bir səyahət idi, indi bu səyahətin sonuna yaxınlaşıram".
Qeyd edək ki, M.Hamşik 2007-2022-ci illərdə Slovakiya millisində oynayıb. O, peşəkar karyerası ərzində "Slovan" (Bratislava), "Breşia", "Dalyan Profeşnl, "Höteborq"da çıxış edib. Futbolçu 2021-ci ildən "Trabzonspor"un şərəfini qoruyur.
Xatırladaq ki, Türkiyə Superliqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da keçiriləcək.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi