Milli komandamız FİFA-nın reytinqində gerilədi

Milli komandamız FİFA-nın reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 2 Fevral 2011 / 13:22 2261
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ötən ayla müqayisədə 2 pillə geriləyən Azərbaycan milli komandası 344 xalla 99-cu pillədə qərarlaşıb.

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığması 3-cü, Türkiyə 31-ci, Belçika 58-ci, Avstriya 45-ci, Qazaxıstan isə 137-ci  pillədə qərarlaşıb. Ümumilikdə isə reytinqə yenə də İspaniya millisi başçılıq edir. Son mundialın finalçısı Hollandiya yığması isə sıralamada 2-ci olub.

Qeyd edək ki, növbəti reytinq cədvəli martın 9-da açıqlanacaq.

Daha çox


Son xəbərlər