"Lion" klubunun yetirməsi "Neftçi"də (FOTO)

"Lion" klubunun yetirməsi "Neftçi"də (FOTO)
ÖLKƏ FUTBOLU 1 Fevral 2011 / 10:45 2947
-  A +

Azərbaycan futbolunun flaqmanı "Neftçi"  qış fasiləsində ilk transferi reallaşdırıb. Qol.Az-ın məlumatına görə, "ağ-qaralar" heyətini Fransanın "Lion" klubunun yetirməsi, əlcəzairli Yasin Hima ilə gücləndirib. "Neftçi" prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına açıqlamasında Hima ilə rəsmən müqavilə bağlandığını bildirib: "Son bir ildə komandamıza cəlb olunan futbolçular "Neftçi"nin seleksiyaçı-məşqçiləri tərəfindən izlənilir. Yəni, klubumuza demək olar ki, baxışa futbolçu gəlmir. Bildiyiniz kimi, Yasin Hima "Neftçi"nin Antalyada keçirdiyi birinci təlim-məşq toplanışı zamanı mənim tapşırığıma əsasən, danışıqlar aparmaq üçün komandanın düşərgəsində olmuşdu. Danışıqlar müsbət nəticələndiyi üçün o, "OİK Energiya"ya qarşı yoxlama matçında da forma geyinmişdi. Keçmiş klubu ilə məsələləri yoluna qoymaq və şəxsi işləri ilə əlaqədar evə dönən futbolçu dünən Antalyaya qayıdıb. Mənim Antalyaya gəlişim futbolçularla müqavilələri rəsmiləşdirməklə bağlıdır. Artıq Yasin Hima "Neftçi" PFK-nın oyunçusudur. Yaxın günlərdə isə daha bir legionerlə müqavilə bağlayacağıq".

Qeyd edək ki, 26 yaşlı Hima Əlcəzair milli komandasında çıxış edib. Onun son klubu Belçika çempionatında mübarizə aparan "Eupen" olub. Bundan öncə isə Yasin İsveçrənin tanınmış "Aarau" və "Bellinzona" klublarının formasını geyinib.

Daha çox


Son xəbərlər
topaz banner