Culius Vobay "Xəzər Lənkəran"da!

Culius Vobay "Xəzər Lənkəran"da!
ÖLKƏ FUTBOLU 1 Fevral 2011 / 01:19 3805
-  A +

"Xəzər Lənkəran" klubu Rumıniyanın "Universitatya" komandasının və Sierra Leone millisinin futbolçusu Culius Vobayı transfer edib. Qol.Az-ın məlumatına görə, bu barədə Rumıniya mətbuatına Lənkəran komandasının baş məşqçisi Mirça Rednik bildirib. 

Rednik 27 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanılacağını açıqlayıb. O, Vobayın fevralın 1-də Bakıya göndərilməsinə çalışacağını deyib. Baş məşqçinin özü isə digər transfer məsələlərini həll etmək üçün fevralın 3-dək Rumıniyada qalacaq. 

Qeyd edək ki, 19 may 1984-cü ildə anadan olan Culius Gibrilla Vobay Sierra Leonenin bir neçə klubunda çıxış etdikdən sonra 2007-ci ildə Rumıniya "Universitatya"sına keçib. O, Krayova şəhərini təmsil edən komandada 108 oyuna 13 qol vurub. "Gibo" ləqəbli forvard ötən mövsüm Kiprin "Aris" komandasına icarəyə verilib. Vobay "Aris"in heyətində cəmi 5 oyunda iştirak edib və 1 qol vurub.     

Daha çox


Son xəbərlər
topaz banner