Bu gün Qazaxıstan yığmasına yeni baş məşqçinin təyin olunması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, mərasimində çıxış edən Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitcanov və Miroslav Beranek iddialı açıqlamaları ilə diqqət çəkib.
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində rəqibimiz olan Qazaxıstan millisi qrupda 0 xalla sonuncu yeri tutur. Azərbaycan yığması isə 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb. Millimizin hələ ehtiyatda 1 oyunu da qalır.
QFF-nın baş katibi Hamitcanov isə yeni baş məşqçinin qarşısında Azərbaycan millisini qabaqlamaq və qrupda 5-ci yeri tutmaq kimi vəzifənin qoyulduğunu bildirib: "Bir çox mütəxəssislərlə danışıqlar aparsaq da, ortaq məxrəcə gələ bilmirdik. Çünki onların əksəriyyəti uzun müddətli müqavilə bağlanmasını istəyirdi. Yalnız Beranek qrup mərhələsində Azərbaycanla mübarizədən çəkinmədi və bizim təklifimizi qəbul etdi. Əgər Beranek qrupda Azərbaycanı qabaqlaya bilərsə, o zaman onunla 2013-cü ilə qədər yeni müqavilə imzalayacağıq. Hər halda çexiyalı mütəxəsisin işinin öhdəsindən nə dərəcədə gələcəyini ilin sonunda hər kəs görəcək".
Təqdimat mərasimində çıxış edən Beranek isə bunları deyib: "Mən Qazaxıstanın idman ölkəsi olduğunu bilirəm. Burada idmanın inkişafına xüsusi diqqət yetirirlər. Dünən yığmanın Almatıdakı bazası ilə tanış oldum. Çox xoşuma gəldi. Aydın məsələdir ki, mən də bura komanda ilə uğur gəlmişəm. Avropada Pavel Nedved, Tomaş Rositski kimi tanınmış futbolçularla işləmişəm və böyük təcrübə qazanmışam. Artıq mən bu təcrübəmdən Qazaxıstan yığmasının uğurları üçün istifadə etmək istəyirəm. Mənim üçün əsas amil bütün futbolçuların və məşqçilərin komandaya köklənməsidir. Daha sonra isə nizam-intizam və motivasiyaya böyük önəm verirəm. Futbolçuların hər bir oyuna yaxşı motivasiya olunmaları vacib şərtdir. İnanıram ki, mənim gəlişim futbolçulara müsbət təsir edəcək və biz qrupda Azərbaycanı qabaqlamağa nail olacağıq".
Qeyd edək ki, Qazaxıstan yığması ilə Azərbaycan arasındakı ilk oyun iyunun 3-də Qazaxıstanda, təkrar qarşılaşma isə sentyabrın 6-da Bakıda keçiriləcək.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər