"Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimovun klubun rəsmi saytına müsahibəsi
- Bir müddət öncə Özbəkistan yığmasının heyətində zədə almışdın. Hazırda özünü necə hiss edirsən?
- Zədədən sonra mənə bir az çətin oldu. İndi yavaş-yavaş özümə gəlirəm, fiziki formamı bərpa edirəm. Oyunlara hazırlaşıram. Özümü 70-80 faiz hazır hiss edirəm.
- "Neftçi" Antalyadakı ikinci təlim-məşq toplanışında iki yoxlma matçı keçirib. Bu oyunlar haqqında nə deyə bilərsən?
- Mər hər iki qarşılaşmada forma geyindim. Düzdür, axıra qədər mübarizə aparmadım. Buna hələlik fiziki formam imkan vermir. Sevindirici haldır ki, hər iki görüşü qələbə ilə başa vurduq. Məşqlərdə, oyunlarda var gücümüzlə işləyirik. Komanda şəklində çalışırıq ki, çempionata tam hazır olaq.
- Flaqman Ukrayna "Arsenal"ını 2:1 hesabı ilə məğlub etdiyi halda, daha güclü "Şturm"a 2 top fərqilə qalib gəldi. Avropanın adlı-sanlı komandalarından biri ilə görüş necə təsir bağışladı?
- "Şturm"la görüşümüz də çətin keçdi. Erkən qollar vurub, inamlı qələbə qazandıq. "Arsenal" da güclü komanda idi. Oyundan-oyuna "artırmaq" istəyirik ki, Premyer Liqada bizə çətin olmasın.
- 2 oyunda 3 qol vurmusan. Demək olarmı ki, əsl Bahodir qayıdıb?
- Bu təlim-məşq toplanışı hələ hər şey demək deyil. İnşallah, Premyer Liqada qollarımın davamının gəlməsini arzulayıram. Əsas odur ki, komandamız çempionatda fərqlənib, xal ehtiyatını artırsın və qızıl medallara yiyələnsin.
- Premyer Liqanın cari mövsümündə 15 qol vurmusan. Qış fasiləsindən sonra neçə dəfə fərqlənə biləcəyini düşünürsən?
- Şübhəsiz ki, çempionatın bombardiri olmaq istəyirəm. Ancaq mövsümün sonunadək neçə qol vuracağımı dəqiq deyə bilmərəm. Bizim əsas məqsədimiz "Neftçi"nin çempion olmasıdır.
- "Şturm"la görüşün ikinci hissəsində hücumda Emil Mpenza ilə birgə oynayırdın. Necə fikirləşirsən, sizin tandeminiz alınır?
- Təkcə təlim-məşq toplanışında deyil, həm də çempionat matçlarında Emillə duet şəklində oynamışıq. Mənə elə gəlir ki, bizdə tandem alınır.
- Bir çox vacib oyunlarda fərqlənmisən. Lakin bütün "Neftçi"sevərlər "Xəzər-Lənkəran"ın qapısına yol tapmağını səbirsizliklə gözləyirlər. Bu dəfə onları sevindirə biləcəksənmi?
- Bu qarşılaşmaya ciddi hazırlaşırıq. Fevralın 13-də vacib oyuna çıxacağıq. Çalışacağam ki, qol vurub, komandamın qələbəsində pay sahibi olum. Fərqi yoxdur rəqibi "Neftçi"nin hansı oyunçusu məyus edəcək. "Xəzər Lənkəran"a lap qapıçımız da qol vursa olar. Təki bu matçda qalib gələk!
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər