Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib.
Qol.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi, 1 dəfə dünya çempionu olan idmançımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.
Dominqes Atayevədək ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub edib.
Beləliklə, Azərbaycan millisi dünya çempionatını 2 medalla başa vurub. Dominqesdən öncə Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı