Mirça Rednik "Xəzər Lənkəran"ın düşərgəsini tərk etdi

Mirça Rednik "Xəzər Lənkəran"ın düşərgəsini tərk etdi
ÖLKƏ FUTBOLU 29 Yanvar 2011 / 14:01 3218
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik komandasının düşərgəsini tərk edib. Qol.Az-ın məlumatına görə, buna səbəb isə Rednikin Rumıniyanın "Universitatea" (Krayova) klubunun hücumçusu Julius Vobayın transfer məsələsini birdəfəlik həll etmək istəyi olub.

Rednik dünən Ukraynanın "Çernomorets" klubu ilə keçirilən yoldaşlıq görüşdən sonra komandasının düşərgəsini tərk edərək Rumıniyaya gedib. Klub rəhbərliyi ilə danışıqlar aparan 48 yaşlı mütəxəsis bu futbolçunu Lənkərana gətirməkdə israrlı olduğunu bildirib.

Qeyd edək ki, Rednikin rəhbərlik etdiyi "Xəzər Lənkəran"da hazırda 8 rumıniyalı futbolçu çıxış edir.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi