"Neftçi" "Arsenal"ı məğlub etdi (YENİLƏNİB)

"Neftçi"  "Arsenal"ı məğlub etdi (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 26 Yanvar 2011 / 20:39 4453
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, paytaxt klubu bu dəfə Ukraynanın "Arsenal" klubu ilə qarşılaşıb.


Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ alan "Neftçi" matçboyu üstün oyun nümayiş etdirib. Məhz bunun nəticəsi idi ki, matçın 23-cü dəqiqəsində hesab artıq 2:0 flaqmnanın xeyrinə idi. Lakin ikinci hissədə rəqib 1 topun əvəzini çıxmağa nail olub. Bununla da, "Neftçi" Antalyada keçirdiyi ikinci yoldaşlıq görüşündə ilk qələbəsini qazandı.
  
Qeyd edək ki, Arif Əsədovun komandası Antalyadakı ilk matçında Rusiyanın "SKA-Energiya" klubu ilə qarşılaşmış və oyun 1:1 hesabı ilə başa çatmışdı.


26 yanvar
 
Yoldaşlıq oyunu

 
16:50. "Neftçi" (Azərbaycan) – "Arsenal" (Ukrayna) - 2:1
Qollar: Rəşad Abdullayev, 7 (1:0), Bahadır Nəsimov, 23 (2:0), Sergey Matyuxin, 78 (2:1) 


"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgievski, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Bahadır Nəsimov.


"Arsenal"ın start heyəti: Poqorelıy, Şersun, Şaova, Yeşenko, Danilov, Starqorodski, Beretsay, Qusev, Kabaxidze, Ruqaçov, Arjanov.

Daha çox


Son xəbərlər