Həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi Türkiyənin "Eskişehirspor" klubu 2 gün istirahətin ardından bu gün "Konyaspor"la oyunun hazırlıqlarına start verib. Qol.Az-ın məlumatına görə, "Eskişehirspor" klubunun baş məşqçisi Bülənt Uyğun bu günkü məşqə 3 futbolçunun qatılmadığını bildirib.
Uyğun ölkəsinin mətbuatına verdiyi açıqlamada " qidadan zəhərlənən Batuhanın, boğaz infeksiyası keçirən həmyerlimiz Rəşadın və qrip olan Kayacanın məşqə çıxmadığını" - vurğulayıb. Lakin bu oyunçuların əvəzinə daha 3 futbolçunun məşqə çıxacağı gözlənilir.
Qeyd edək ki, Superliqanın növbəti turunda "Eskişehirspor" öz meydanında "Konyaspor"la qarşılaşacaq.
Müllerin yeni klubu bilindi
"Karvan" yeni transferini açıqladı
AFFA-nın Elit hakimlər siyahısında kimlər var? - Şəkillər
"Səbail" növbəti transferini rəsmən açıqladı
"Ayaks" "Zalsburq"dan onu transfer edir
"Turan Tovuz" Türkiyə klubu ilə bərabərə qaldı
"Bavariya" Diası nə vaxt təqdim edəcək?
"Sumqayıt"da yeni müqavilə - Rəsmi