Domenti Siçinava: "Azərbaycanla Ermənistan arasındakı soyuq münasibət bu turnirin təşkilinə imkan vermir"

Domenti Siçinava: "Azərbaycanla Ermənistan arasındakı soyuq münasibət bu turnirin təşkilinə imkan vermir"
ÖLKƏ FUTBOLU 25 Yanvar 2011 / 14:25 2518
-  A +

Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçinava ölkəsinin mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, fevralın 9-da Ermənistan millisi ilə yoldaşlıq oyunu keçirməyi planlaşdıran Siçinava eyni zamanda Cənubi Qafqaz futboluna da toxunub. "Bizim həm Azərbaycan, həm də Ermənistan Futbol Federasiyaları ilə sıx əlaqəmiz var. UEFA rəhbərliyi də bizə bir neçə dəfə Cənubi Qafqazda futbol çempionatını təşkil etməyi təklif edib. Lakin biz bu təklifə heç bir münasibət bildirməmişik. Bilirəm ki, bu qeyri-mümkündür. Çünki Azərbaycanla Ermənistan arasında baş verən siyasi hadisələrdən xəbərimiz var. Bu iki dövlət arasında "soyuq müharibə" hələ də davam edir. Ona görə də, bu barədə hər iki dövlətin Futbol Federasiyalarına da bir şey deməmişəm. Çox güman ki, Cənubi Qafqazda belə bir turniri təşkil etmək baş tutmayacaq. Lakin düşünürəm ki, əgər Qafqazda futbol çempionatı təşkil olunsaydı, bu digər turnirlərdən heç də geri qalmazdı"

Daha çox


Son xəbərlər