Xəbər verdiyimiz kimi, "Qəbələ" klubu artıq hollandiyalı hücumçu Con Kollinslə yeni müqavilə imzalayıb. Qol.Az-ın məlumatına görə, "Qəbələ"nin baş məşqçisi Toni Adams 25 yaşlı futbolçunun keçidinə öz münasibətini bildirib: "İnanıram ki, Kollins "Qəbələ"də yüksək səviyyədə çıxış edəcək. O, bir neçə il bundan öncə çox istedadlı bir futbolçu idi. Mən də ona "Qəbələ"də şans veərəcəm ki, o yenidən əvvəlki formasını bərpa etsin. Təbii ki, bunun üçün gərək futbolçu da öz üzərində çox çalışmalıdır".
Qeyd edək ki, Con Kollins "Tvente", "Fulhem", "Lester Siti", "Uotford" kimi klublarda çıxış edib.
Müllerin yeni klubu bilindi
"Karvan" yeni transferini açıqladı
AFFA-nın Elit hakimlər siyahısında kimlər var? - Şəkillər
"Səbail" növbəti transferini rəsmən açıqladı
"Ayaks" "Zalsburq"dan onu transfer edir
"Turan Tovuz" Türkiyə klubu ilə bərabərə qaldı
"Bavariya" Diası nə vaxt təqdim edəcək?
"Sumqayıt"da yeni müqavilə - Rəsmi