Finalın adı: "İnter" - "Şaxtyor" (YENİLƏNİB)

ÖLKƏ FUTBOLU 21 Yanvar 2011 / 22:49 31804
-  A +

Rusiyanın "Zenit" klubunun əvəzedici heyətini 5:0 hesabı ilə məğlub edərək "Birlik kuboku"nun finalına vəsiqə qazanan Azərbaycan çempionu "İnter"in növbəti rəqibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21.00-da başlanan digər yarımfinal qarşılaşmasında Latviyanın "Skonto" və Belarusun "Şaxtyor" klubların üz-üzə gəlib.

Görüş "Şaxtyor"un qələbəsi ilə başa çatıb. Azərbaycan çempionu ilə Belarus çempionatının gümüş mükafatçısı arasındakı final görüşü yanvarın 23-ü, Bakı vaxtı ilə saat 16.00-da start götürəcək.


21 yanvar

Yarımfinal

21.00. "Skonto" (Latviya) - "Şaxtyor" (Belarus) - 1:2
Qollar:
Evaldas Razulis, 85 - Aleksey Rios, 36; 40

71-ci dəqiqədə "Şaxtyor"un futbolçusu qırmızı vərəqə alır. "Skonto" say üstünlüyünü qola çevirə bilmir. "Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkovun sabiq komandası qol imkanlarını boşa verir. Nəhayət, "Skonto" qollardan birinin əvəzini çıxır. Evaldas Razulis fərqi azaldır. Hakim əsas vaxta 4 dəqiqə əlavə edir. "Skonto" hesabı bərabərləşdirə bilmir. Oyun başa çatır.

Daha çox


Son xəbərlər