Daha bir rumıniyalı "Xəzər Lənkəran"da

Daha bir rumıniyalı "Xəzər Lənkəran"da
ÖLKƏ FUTBOLU 20 Yanvar 2011 / 18:04 3038
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu Rumıniyanın "Universitatea" klubunun daha bir futbolçusu ilə müqavilə imzalayacaq.  Qol.Az-ın Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi bu dəfə Maykl Dina ilə müqavilə imzalamağa yaxındır. Adı çəkilən futbolçu artıq müqavilə imzalamaq üçün Antalyaya "Xəzər Lənkəran"ın düşərgəsinə gedib.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın "Universitatea" klubunun digər futbolçusu Julius Vobayla da bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.

Daha çox


Son xəbərlər