"Xəzər Lənkəran" darmadağın oldu (YENİLƏNİB)

"Xəzər Lənkəran" darmadağın oldu (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 18 Yanvar 2011 / 18:50 5528
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, ilk hazırlıq matçında Qazaxıstanın "Atirau" klubuna 1:2 hesabı ilə uduzan Lənkəran təmsilçisi bu gün Türkiyənin "Kapimpaşa" klubu ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.


Oyunun əvvəlində inamlı təsir bağışlayan komanda sonradan təşbbüsü rəqibə verib. Nəticədə "Xəzər Lənkəran" bu il keçirdiyi ikinci yoldaşlıq qarşılaşmasından da məğlub ayrılıb. 



"Xəzər Lənkəran"ın start heyəti: Kamran Ağayev, Elnur Allahverdiyev, Muşad Nikolau, Andrey Mureşan, Rahid Əmirquliyev, Duşan Saviç, Adrian Skarlate, Pits Adrian, Stelian Stanku, Şəhriyar Xəlilov, Tural Cəlilov



"Xəzər Lənkəran"ın ikinci hissədəki heyəti: Kosmin Vatça, Simao Bruno, Elvin Beçiri, Adrian Skarlatake, Georgi Moysov, Adrian Pits, Elnur Abdullayev, Stelian Stanku, Şəhriyar Xəlilov, Duşan Saviç, Tural Cəlilov.



17.00.  "Xəzər Lənkəran" - "Kasımpaşa" 1:4
Qollar:
 Rahim Sebah, 20 (0:1) , Saviç, 25 (1:1), Orxan Öztürk, 31 (1:2), Fernando Ramos 53 (1:3), Aydın, 80 (1:4) 

Daha çox


Son xəbərlər