"İnter" maksimum nəticə ilə qrup lideri oldu (YENİLƏNİB)

"İnter" maksimum nəticə ilə qrup lideri oldu (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 18 Yanvar 2011 / 14:48 3742
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik kuboku"nun qrup mərhələsinə bu gün yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi "İnter"  "Peterburqski" İdman Konsert Kompleksində Moldovanın "İskra-Stal" komandası ilə qarşılaşıb.
 
Qrupda keçirdiyi ilk iki oyunu qələbə ilə başa vuran son ölkə çempionu bu qarşılaşmadan da qalib ayrılıb. Oyun boyu üstün təsir bağışlayan "İnter" bu matçda 1:0 hesabı ilə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Komandamızın rəqiqbinə isə təxminən 3 saatdan sonra aydınlıq gələcək. 

13:00. "İnter" (Azərbaycan) - "İskra-Stal" (Moldova) - 1:0
Qol: Rövşən Əmiraslanov, 80 (1:0)

Daha çox


Son xəbərlər