"Qarabağ" 2011-ə məğlubiyyətlə başladı (YENİLƏNİB)

ÖLKƏ FUTBOLU 18 Yanvar 2011 / 15:52 4429
-  A +

Türkiyədə təlim-məşq toplantısında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşmada Ağdam təmsilçisi 2:3 hesabı ilə məğlub olub. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun komandası matçın gedişində 0:3 hesabı ilə geri düşsə də, sonradan iki topun əvəzini çıxmağa müvəffəq olub. Lakin ümumilikdə isə məğlubiyyətdən xilas olmaq mümkün olmayıb. Bununla da "Qarabağ" 2011-ci ilə məğlubiyyətlə başlayıb. 

14:00. "Qarabağ" (Azərbaycan) - "Jetısu" (Qazaxıstan) - 2:3 (İkinci hissə)
Qollar:
Morunov, 62 (0:1), Kusainov, 64, 70 (0:2 ; 0:3), Emin İmaməliyev, 83 (1:3), Murad Səttarlı, 90 (2:3)  

"Qarabağ" start heyəti: Fərhad Vəliyev (Osman Umarov 30),Qara Qarayev, Aftandil Hacıyev, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Samir Abasov, Vüqar Nadirov, Nedzipi, Georgi Adamiya, Rauf Əliyev


"Qarabağ"ın ikinci hissədəki heyəti: Sahil Kərimov, Ayxan Abbasov, Aslan Kərimov, Devran Ayxan, Samir Abbasov, Emin İmaməliyev, Elvin Məmmədov, Tural İsgəndərov, Murad Səttarlı, İlqar
Qurbanov, Andrey Rubins

Daha çox


Son xəbərlər