Vinfrid Şefer: "Həmin olaydan sonra oyunçunu motivasiya etmək çətin idi"

Vinfrid Şefer: "Həmin olaydan sonra oyunçunu motivasiya etmək çətin idi"
ÖLKƏ FUTBOLU 18 Yanvar 2011 / 00:16 2679
-  A +

"Tutduğum postdan "Bakı" klubu rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında ayrıldım". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun sabiq baş məşqçisi  Vinfrid Şefer "Ettlingen" nəşrinə açıqlamasında deyib.

Almaniyalı mütəxəssis bildirib ki, 2010-cu ilin yayında baş verən məlum olayla əlaqədar Avropa Liqası ilə erkən vidalaşmaları komandanın sonrakı çıxışlarına da təsirsiz ötüşməyib: "Bu olay klub rəhbərliyini də məyus etdi. Bundan sonra oyunçunu motivasiya etmək çətin idi". 

Qeyd edək ki, "Bakı"nın baş məşqçi postunda Vinfrid Şeferi Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov əvəzləyib.    

Daha çox


Son xəbərlər