Bu gün saytlardan birində Ramin Musayevlə bağlı ilk baxışda adama maraqlı, hətta şok gələcək, amma dərinliyinə gedəndə absurd çıxacaq xəbər yer alıb. Xəbərdə bildirilir ki, PFL prezidenti Ambassador oteldə eyş-işrətlə məşğul olub və xərclədiyi bütün pulları AFFA-nın hesabından «sildirib». Bu, heç də inandırıcı görünmür.
Məsələ ondadır ki, Musayevin AFFA-da Elxan Məmmədov kimi mehriban düşməni var. PFL prezidenti bunu billə-bilə, nə üçün öz qurumunun adından yox, xərcələnən pulları məhz AFFA-nın ünvanından çıxarıb? Məntiqsizdir, deyilmi? Axı hansı ağılsız vəzifə sahibi eyş-işrətə xərclədiyi pulları başqa bir qurumun adına göndərər? Azərbaycan futbolunun altını və üstünü çox gözəl bilən, uzun müddət polisdə işləyən bir insan bunu edirmi? Təbii ki, yox.
Bəs bu sənədlər haradan ortaya çıxıb? Yavaş-yavaş anladaq, siz də agah olun. Sənədlərin sayta keçməsinin səbəbkarı Babək Quliyevdir. O Babək ki, onu hakimlikdən qovmuşdular. Həmin Babək bu sənədləri ələ keçirərək ötürüb sayta. Babək necə ələ keçirib sənədləri? Bu sənədlərə möhür vuracaq və ya onu təsdiqləyəcək AFFA görəvlisinin oğlu ötən il dekabr ayının 15-də elə anasının çalışdığı Assosiasiyadan qovulub. Valideyinin beynini yeyən Babək onu inandırıb ki, övladının işdən qovulmasının səbəbkarı Ramin Musayevdir. O da buna inanaraq, sənədləri Babəkə, keçmiş hakim də sayta ötürüb. Təbii ki, Ambassador oteldə işləyən şəxs də onlarla bir olub. Məsələdə Babəkin bunu nə üçün etdiyi məlumdu. Bəs otel işçisinin marağı nə olu? Bu barədə kiçik bir araşdırma apardıq. Öyrəndiyimizə görə, həmin otel işçisi yaxşı qadınlarının, hətta özünə yaxın insanların belə «xidmətini» Musayevə təklif edib. O isə buna yox dediyindən, otel işçisi bu yola əl atıb.
Başqa bir fakt da var ki, o da sənədlərin Musayev adına «girdirmə» olduğunu sübut edir. İngilis dilini bilən və bu sənədlərə diqqət yetirən hər kəs görə bilər ki, pullar Ambassador otelə nəğd ödənilib. Yəni bunu AFFA ödəməyib, müştəri pulunu ödəyib, sifarişini edib. Amma sənədlərdən və yazıdan belə anlaşılır ki, Musayev sifariş edib, sonra da ödəniləcək pulu AFFA-ya ödətdirib.
Bu məsələylə bağlı Ambassador otellə də əlaqə saxladıq. Oteldə vəzifə sahibi olan, ancaq adının bu işdə hallanmasını istəməyən şəxsin sözlərinə görə, Ramin Musayev üçün oteldə xüsusi endirim var. Musayev hələ klubda işləyəndə komandaya gələn futbolçular bu oteldə qalırmış. Daimi müştəri olduğu üçün, Ramin Musayevin adına oteldə xüsusi endirim var. Bu səbəbdən də, otelə gələn futbolçular bir qayda olaraq bu endirimdən yararlanmaq üçün, məhz Musayevin adından istifadə edirlər. Bunun üçün də, yazılan çeklər Musayevin adına yazılır.
Sənədlərdə AFFA adının göstərilməsi isə sadəcə texniki səhv olub.
Yuxarıda yazılanlardan anlaşılmasın ki, «Stadium.Az» saytı bu «olayda» Musayevi Sudan quru çıxarmaq niyyətindədir. Məsələ ondadır ki, göstərilən sənədlər özü suludu. Sadəcə, ölkə futbolu üçün hər cür iş görməyə hazır olan bir insan üçün, ləkələyici xarakterli yazılarla biganə qala bilmərik. Bu səbəbdən də, məsələyə pərdənin nə arxasından, nə də önündən, sadəcə düz olan yönündən münasibət bildirdik…
Mənbə: stadium.az
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər