"Roma"nın keçmiş futbolçusu "Xəzər Lənkəran"ın təklifini qəbul etdi

"Roma"nın keçmiş futbolçusu "Xəzər Lənkəran"ın təklifini qəbul etdi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2011 / 17:34 3925
-  A +

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik qış transfer pəncərəsi dönəmində Rumıniyadan futbolçular gətirməkdə davam edir. Qol.Az-ın məlıumatına görə, Lənkəran təmsilçisi bu dəfə İtaliyanın "Roma" klubunun keçmiş futbolçusu, hazırda isə Rumıniya "Universitatea Kluj"una məxsus olan yarımmüdafiəçi Adrian Pitə elçi düşüb. 27 yaşlı futbolçunun da "Xəzər Lənkəran"ın təklifini qəbul etdiyi bildirilir. Buna səbəb kimi isə Lənkəran klubunda bir neçə rumıniyalı futbolçunun çıxış etməsi göstərilir.
 
Artıq Adrianın transferi məsələsilə bağlı iki klub arasında gedən danışıqlar da müsbət nəticələnib. Adı çəkilən futbolçu yaxın günlərdə "Xəzər Lənkəran"ın düşərgəsinə qoşulacaq. 

Daha çox


Son xəbərlər