"Qarabağ" daha bir futbolçu haqda qərar verdi

"Qarabağ" daha bir futbolçu haqda qərar verdi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2011 / 00:53 2708
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Ağdamın "Qarabağ" klubu baxışa çağırdığı daha bir futbolçu haqda qərar verib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bosniyalı hücumçu Zoran Kokot hazır olmadığı üçün məşqçilər heyəti tərəfindən geri göndərilib.

Makedoniyalı Nderim Nedzipi isə hələ də düşərgədədir. Məşqçilər heyəti 26 yaşlı futbolçu haqqında müsbət fikirdədir.

Qeyd edək ki, "Qarabağ" daha öncə Hollandiyanın "Feyenord" klubunun əvəzedici heyətinin kapitanı Süleyman Rahatı da bəyənməyib. Hələlik Ağdam klubu yalnız bir futbolçu - İlqar Qurbanovla anlaşıb.

Daha çox


Son xəbərlər