Ramiz Məmmədov erməniyə görə qalmaqalla üzləşdi

Ramiz Məmmədov erməniyə görə qalmaqalla üzləşdi
ÖLKƏ FUTBOLU 14 Yanvar 2011 / 15:36 2821
-  A +

Qazaxıstanın "Atırau" klubuna yeni baş məşqçi təyin olunan həmyerlimiz Ramiz Məmmədov yeni komandasında qalmaqalla üzləşib. Qol.Az-ın məlumatına görə, buna səbəb isə onun komandasında erməni futbolçu Karabaxtsyanın çıxış etməsidir. Məmmədovun bununla bağlı verdiyi açıqlamalar klub azarkeşlərini qıcıqlandırıb: "Bildiyimə görə, bu klubda erməni futbolçu Karabaxtsyan çıxış edir. Lakin mənim çıxış etdiyim klubda erməni futbolçu ola bilməz. Əgər belə olarsa, mən klub rəhbərliyi ilə danışıb bu məsələni həll etməyə çalışacağam".

"Atırau"nun azarkeşləri isə Məmmədovun bu fikirlərinə kəskin şəkildə etirazlarını bildiriblər: "Qazaxıstan çoxmillətli dövlətdi. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. Bizim klubda həmişə qazaxlarla yanaşı ruslar, azərbaycanlılar, çeçenlər, ukraynalılar və digər ölkələrin futbolçuları da çıxış edib. Bizi Dağlıq Qarabağ problemi maraqlandırmır. Buna görə də, bu münaqişəni özünüzə saxlayın! Bura Qazaxıstandır. Burda millətçiliyə yer yoxdu! Bizim şəhərdə və ölkədə belə şeylər qəbul olunmur. Siz artıq bu millətçi düşüncələrinizlə azarkeşlər, fanatlar arasında hörmətinizi itirdiniz”

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu