Həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Bülənt Uyğunun müsahibəsi
- Rəşadla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Onun "Eskişehirspor"dakı durumu bizi qayğılandırmaya bilməz. Bu haqda nə deyə bilərsiz?
- Rəşadın çıxışını bəyəndim. Səviyyəli futbolçudur. Öz üzərində durmadan çalışır ki, bu da hər futbolçuda belə deyil. Son vaxtlar zədəli olduğu üçün əsas heyətdən kənar qalmışdı. Lakin fikir verirəm ki, ikiqat əzmlə çalışıb yerini qüaytarmaq istəyir. hiss edirəm ki, ən böyük istəyi Azərbaycanda ona olan inamı doğrultmaqdır. Şəxsən biz Rəşada çox inanırıq. Meydana çıxıdığı matçlarda etimadımızı doğrultmaqla inam qazanıb.
-Komandanızın qarşısında hansı hədəflər durur?
-Mən bura gələndə Superliqanın 8-ci turu olamsına baxmayaraq, komanda qələbə qazanmamışdı. Hesabında cəmi iki xal var idi. Lakin qısa zaman kəsiyində qələbələr qazanaraq azarkeşlərimizi sevindirməyə nail olduq. İkinci dövrədə isə daha çox qələbə qazanmaqla üst pillələrdə olan rəqiblərimizi izləməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Növbəti mövsümdə isə avrokuboklara vəsiqə verən yerlərdən birinə sahib olmaq, ardından qızıl medallar uğrunda mübarizə aparacağıq.
-Yəqin ki, yüksək hədəflərə nail olmaq üçün döyüşən heyətdə Rəşadın da adı olacaq?
-mən dəqiq söz verə bilmərəm. Hər şey onun özündən asılıdır. Üzərində nə qədər çox çalışsa, komandada qalmaq ehtimalı bir o qədər yüksələcək. Hər kəs Rəşadın Azərbaycanda sevilən bir futbolçu olduğunu bilir. Türkiyə millisnə vurduğu tarixi qol və ölkəsində ilin futbolçusu seçilməsi onun səviyyəsindən xəbər verir. Razılaşaq ki, Azərbaycan futbolu hələ gözlənilən səviyyəyə çatmayıb. Bunun üçün durmadan çalışmaq lazımdır. Futbolunuzun nəyə ehtiyac duyduğunu bilən, eyni zamanda aşağı yaş qruplarında yetişən futbolçuları düzgün yolla inkişaf etdirməyi bacaran mütəxəsislərə ehtiyacı var. Nə yazıq ki, Rəşad da gənc ikən almalı olduğu bəzi dərslərin yoxluğundan əziyyət çəkir. Yaxşı ki, həlledici anlarda bunu öz əzmi və fərdi keyfiyyətləri hesabına aradan qaldırır. İnşallah, səviyyəsini daha da artıraraq gələcək uğurların qazanılmasında bizə yardımçı olar.
-Azərbaycanlı azarkeşləri maraqlandıran başlıca sual Rəşadın nə vaxt əsas heyətə dönəcəyidir?
-Dediyim kimi hər şey onun özündən asılıdır. Əsas odur ki, əvvəlki oyunlarda ümidlərimizi doğrultmağı bacarırdı. Sadəcə, aldığı zədə onu uzun müddət futbolsuz qoydu. Hiss edirəm ki, ilk 11-likdə olmaq üçün canından belə keçməyə hazırdı. Ancaq klubda hər mövqe uğrunda rəqabət böyükdür. Verdiyimiz tapşırıqları yerinə yetirsə, işi asan olacaq. Məncə, azəri tərəfdarların gözü yolda qalmaz.
-Ölkəmizdə bəyəndiniz başqa futbolçular varmı?
-Adlarını dəqiq bilmirəm. Ancaq baxdığım oyunlarda 2-3 gənci bəyənmişdim.
-Onların hansı klublarda oynadıqlarını da bilmirsiz?
-Vallah xəbərim yoxdur. biri ucabiy, qarayanız, fiziki durumu yaxşı olan hücumçudur. Səhv etmirəmsə, yığmamıza qarşı da oynamışdı. O biri dəbildiyimə görə, "Everton"a transfer olunub ( O Rauf Əliyevlə, Araz Abdullayevi nəzərdə tutur). Fikrimcə bu futbolçular Superliqada və digər Avropa ölkələrində top qova bilərlər.
-Bir müddət öncə sizə Azərbaycan klublarından təklif gəlməsi ilə bağlı xəbərlər dolaşırdı. Bu haqda nə deyə bilərsiz?
-İşsiz qaldığım vaxtlarda ölkədən kənara çıxmaq haqda düşünürdüm. Həmin dönəmdə Azərbaycana getmək variantım da var idi. Hər halda tanış menecer mən bu barədə məlumat vermişdi. Sadəcə, ortaq məxrəcə gəlməkdə çətinlik çəkdik. Bu üzdən işimiz yarımçıq qaldı. Açığı ölkənizdə işləmək istəyirəm. Xüsusilə aşağı yaş qruplarından ibarət komandalarda gəncləri yetişdirmək xoş olardı. Klubda çalışmağa gəlincə, hədəfi yüksək olan komandada çalışıb, Avropada uğurlu nəticələr qazanmağı arzu edirəm.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər