Türkiyənin ən nəhəng klublarından biri olan "Fənərbaxça"dan transfer təklifi alan flaqmanın gənc futbolçusu Amit Quluzadə komandanın sıralarını tərk edib. Qol.Az-ın məlumatına görə, buna səbəb Antalyada təlim-məşq toplanışında olan "ağ-qaralar"ın futbolçusunun "Fənərbaxça"ya keçməsidir. İstanbul təmsilçisinin rəsmiləri Antalyaya gələrək, Amiti "Fənərbaxça"nın düşərgəsinə aparıblar. Amit Quluzadənin yolasalınma mərasimində "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, məşqçilər korpusu, texniki heyətlə yanaşı, komandanın digər üzvləri də iştirak ediblər. Tədbirdə çıxış edən klubun vitse-prezidenti Tahir Süleymanov Amit Quluzadənin "Fənərbaxça"ya transfer olunmasını Azərbaycan futbolunun və "Neftçi"nin böyük uğuru adlandırıb. O qeyd edib ki, Araz Abdullayevin İngiltərəyə transfer olunmasından sonra Amitin Türkiyə klubuna keçidi ölkə futbolunun inkişafına böyük təkan verəcək. Vitse-prezident iki klub arasında anlaşma olduğunu və bu anlaşmanın tezliklə rəsmiləşəcəyini diqqətə çatdırıb.
Baş məşqçi Arif Əsədov da mərasimdə öz fikirlərini bildirib: "Qoy gedib Azərbaycan futbolunu layiqli təmsil etsin, digər futbolçularımıza da yol açılsın. Ona uğurlar arzulayıram".
Komandanın kapitanı Rail Məlikov Amit Quluzadənin Azərbaycanı qardaş ölkədə layiqincə təmsil edəcəyinə inandıqlarını söyləyib və ona uğurlar arzulayıb.
Görüşdə Amit Quluzadə çıxış edərək, ona göstərilən diqqətə görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib. Gənc futbolçu Türkiyənin 4 ən böyük klubundan biri olan "Fənərbaxça"da "Neftçi"nin və Azərbaycanın adını uca tutacağını söyləyib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər