"Eskişehirspor" "Verder"i Rəşad Sadıqovsuz yendi

"Eskişehirspor" "Verder"i Rəşad Sadıqovsuz yendi
ÖLKƏ FUTBOLU 11 Yanvar 2011 / 01:11 2278
-  A +

Türkiyənin "Eskişehirspor" klubu Antalyada keçirdiyi təlim-məşq toplantısı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, rəqib Almaniyanın "Verder" komandası olub.

Görüş "Eskişehirspor"un qələbəsi ilə başa çatıb - 3:1. Türkiyə təmsilçisinin qollarını 18-ci dəqiqədə Sezer, 21-ci dəqiqədə Erkan, 60-cı dəqiqədə isə Burhan vurub.

Qeyd edək ki, "Eskişehirspor"da yer alan Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov meydançaya çıxmayıb. Oyun "Qarabağ"ın məşq etdiyi meydançada baş tutub.

Daha çox


Son xəbərlər
topaz banner