Rumıniya mətbuatı: "Mirça Rednik yalnız üç futbolçunun transfer məsələsini həll edib"

Rumıniya mətbuatı: "Mirça Rednik yalnız üç futbolçunun transfer məsələsini həll edib"
ÖLKƏ FUTBOLU 10 Yanvar 2011 / 14:50 2942
-  A +

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednikin transfer məsələləri Rumıniya mətbuatının da diqqət mərkəzində saxlanılır. Qol.Az-ın məlumatına görə, Rumıniya mətbuatı Rednikin indiyə kimi yalnız 3 futbolçunun transfer məsələsini həll etdiyini yazır. Həmin futbolçular isə Nikolay Musat, Adrian Skartalaçe və Andrey Mureşandır. Bununla belə, Lənkəran təmsilçisi Banel Nikolita, Romeo Surdu, Florin Bratu, Çezinya, Stefan Qreqori, İonel Dançilesku, və Osman N'Doye kimi futbolçularla yaxından maraqlansa da, hələlik bu futbolçuların transfer məsələləri öz həllini tapmayıb. Bununla yanaşı Rumıniya mətbuatında Rednikin fikirlərinə də yer verilib. "Mən bilirəm ki, bizə bir neçə təcrübəli futbolçu lazımdır. Çünki mənim heç vaxtım yoxdur ki, hansısa futbolçuya nəyisə öyrədim. Fevralın 12-də start götürəcək Premyer Liqanın növbəti turuna uğurla başlamaq istəyirik. Biz yalnız və yalnız çempionluq uğrunda mübarizə aparacağıq".      

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu