”Xəzər Lənkəran” daha üç futbolçunu transferə çıxardı

”Xəzər Lənkəran” daha üç futbolçunu transferə çıxardı
ÖLKƏ FUTBOLU 7 Yanvar 2011 / 15:20 2990
-  A +

“Xəzər Lənkəran” klubu 3 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığıı xəbərə görə, bunlar Asif Məmmədov, Ramazan Abbasov və Xaqani Məmmədovdur.

Bu qərar klub rəhbərliyinin baş məşqçi ilə məsləhətləşmələrin nəticəsində qəbul olunub.

Bununla əlaqədar klub bildirir ki, adı çəkilən futbolçuların “Xəzər Lənkəran”dan uzaqlaşdırılması heç də milli oyunçularımızdan imtina kimi qiymətləndirilməməlidir. Komandaya yeni gənc azərbaycanlı futbolçuların cəlb olunması klub rəhbərliyinin qarşısında prioritet məsələlərdən biri olaraq qalır.
 

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu