"Qloriya" Mureşanın "Xəzər Lənkəran"a keçdiyini rəsmən təsdiqlədi

"Qloriya" Mureşanın "Xəzər Lənkəran"a keçdiyini rəsmən təsdiqlədi
ÖLKƏ FUTBOLU 6 Yanvar 2011 / 23:04 2636
-  A +

Rumıniyanın "Qloriya" klubu yarımmüdafiəçi Andrey Mureşanın "Xəzər Lənkəran"a transfer olunduğunu təsdiqləyib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qloriya"nın Direktorlar Şurasının sədri Jan Paduryanu Mureşanın keçidinə dair Lənkəran komandasının baş məşqçisi Mirça Redniklə ilkin razılıq əldə etdiklərini açıqlayıb.

Lakin müqavilə müddəti və maliyyə tərəfi haqda heç bir bilgi verilməyib. "Biz bir-birimizin əlini sıxdıq. Yaxın günlərdə, yəqin ki, bazar ertəsi Türkiyənin Antalya şəhərinə yollanaraq, "Xəzər Lənkəran"ın təlim-məşq toplantısına qatılacaq" deyə Paduryanu bildirib.
 
Andrey Mureşan da transferi ilə bağlı "Qloriya"nın rəsmi saytına danışıb: "Əlbəttə, şadam ki, "Xəzər Lənkəran"a gedirəm. Orada mənim üçün daha yaxşı olacağını düşünürəm. Amma yaşadığım Bıstritsa şəhəri ilə bağlı gözəl anlar xatirimdə qalacaq. Mən "Qloriya"dakı komanda yoldaşlarıma uğurlar, hədəflərinə çatmalarını və möhkəm can sağlığı arzulayıram. Baş məşqçimin Mirça Rednik olacağı müsbət haldır. "Rapid"də olduğum vaxt onunla işləmişəm və yaxşı tanışam. Orada uyğunlaşma ilə bağlı problem olacaq. Çünki öz evimindən uzaqda oynayacağıq".

Qeyd edək ki, Andrey Mureşan Rumıniya çempionatında 2007-ci il dekabrın 19-da ÇFR-in heyətində UTA ilə qarşılaşmada debüt edib. 2009-cu ilin sonlarında o, "Qloriya" tərəfindən Rusiyanın "Kuban" komandasına 1 illik icarəyə verilib. Mureşan 2008-ci ildən məxsus olduğu "Qloriya"da isə ümumilikdə 58 oyun keçirib, 5 qol vurub.

Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu