Braziliya millisinin hücumçusu Neymar topuq nahiyəsindən zədə alıb.
Qol.az xəbər verir ki, hadisə dünən DÇ-2022-nin Serbiyaya qarşı oyununda (2:0) baş verib. Hücumçu bu səbəbdən 79-cu dəqiqədə Antoni ilə əvəzlənib.
Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın durumu barədə danışarkən deyib: “Neymar sağ topuğu burxulub. Neymarda şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik. Onunla bağlı durum müayinə və sonra fizioterapiyadan sonra aydınlaşacaq. 24-48 saat gözləməliyik”.
Braziliyanın bəzi media qurumları DÇ-2022-də 30 yaşlı hücumçunun bundan sonra iştirakının sual altında olduğunu yazıb. Braziliya millisinin baş məşqçisi Tite isə bununla bağlı deyib: “Neymarın dünya çempionatında oynayacağına əmin ola bilərsiniz. Mən buna tam əminəm”.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi