Arif Əsədov George Hacı ilə görüşdü

Arif Əsədov George Hacı ilə görüşdü
ÖLKƏ FUTBOLU 4 Yanvar 2011 / 22:27 2939
-  A +

"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Türkiyəyə yollanıb. Qol.Az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər "Qalatasaray"la əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.

Təlim-məşq toplantısı üçün Antalyanı özünə məkan seçən "sarı-qırmızılar" artıq bu gün hazırlığa start verib. Gün ərzində iki dəfə məşq edən "Qalatasaray"ın hazırlıqlarını flaqmanın baş məqşçisi Arif Əsədov da yaxından izləyib. Məşqin bitimində isə gənc mütəxəssis "Cim-Bom"un rumıniyalı baş məşqçisi George Hacı ilə qısa fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Arif Əsədov "Qalatasaray"ın sabahkı məşqini də izlədikdən sonra komandanın məşqçilər korpusu ilə görüşəcək.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu