İsveçin «Malmö» klubunun kürd əsilli futbolçusu, hücumameylli yarımmüdafiəçi Jiloan Hamad Azərbaycan millisində oynamaq üçün təklif aldığını təsdiqləyib. Qol.Az-ın məlumatına görə, İsveç mətbuatına müsahibəsində o, bir müddət əvvəl yığmamızın baş məşqçisi Berti Foqtsla görüşdüyünü söyləyib.
İsveçin A milli komandasına dəvət alan və Cənubi Afrika Respublikasında təlim-məşq toplanışında iştirak etmiş Hamad Bakıda doğulduğunu, amma Azərbaycan haqda çox eşitmədiyini deyib: «Mən bura gələndən sonra Azərbaycana qayıtmağın marağında olmamışam. İndiyədək heç yerdə demədiyim açıqlamanı vermək istəyirəm. Mənə Azərbaycan milli komandasında oynamaq üçün bir neçə dəfə təklif gəlib. Soruşdular ki, bizim komandada oynamaq istəyirsən? Cavab verdim ki, mən özümü isveçli hesab edirəm və məhz bu ölkənin millisində oynamaq arzusundayam".
J.Hamad Berti Foqtsla ötən ilin payızında danışdıqlarını söyləyib. O zaman İsveçdə Foqtsla görüşdüklərini deyən Hamad millimizin baş məşqçisinin təklifini rədd edib. «Əlbəttə, mən Foqtsun böyük idmançı olduğunu bilirəm. O, məni Azərbaycan millisinə dəvət etdi. Mən isə öz dururumu ona izah etdim. Dedim ki, artıq İsveçin U-21 komandasında oynamışam və bundan sonra risk edib Azərbaycan millisində çıxış etmək mən tərəfdən ağılsızlıq olardı. Əgər mən Azərbaycan millisində oynasaydım, o zaman İsveç yığmasının qapıları mənim üzümə bağlanacaqdı. Foqts məni anlayışla qarşıladığını dedi. Amma qeyd etdi ki, əgər fikrimi dəyişsəm, mütləq xəbər edim» - deyə J.Hamad bildirib.
Qeyd edək ki, G.Hamad 1990-cı il noyabrın 6-da Bakıda doğulub. Kürd əsilli Hamad futbolçu karyerasına İsveçdə başlayıb. «Malmö» klubunun tərkibində sonuncu İsveç çempionatının qalibi olan Hamad bu ölkənin U-21 komandasının şərəfini qoruyub. Bir müddət əvvəl isə o, İsveçin əsas milli komandasına dəvət alıb.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər