Ağdamın “Qarabağ” futbol klubu qış transfer dövründə əcnəbilərlə güclənəcək. Bu haqda komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, yerli futbolçu transferi səviyyəli oyunçuların hazırda öz klubları ilə müqavilələrinin olması səbəbindən baş tutmayacaq. Qurbanov legionerlərin hansı mövqelərə transfer ediləcəklərini açıqlamayıb: “Yanvarın 9-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacağıq. 27 günlük hazırlıq prosesi çərçivəsində bir neçə oyunçunu sınaqdan keçirəcəyik. Münasib legioner tapsaq, müqavilə bağlayacağıq. 2-3 futbolçu ilə güclənmək niyyətindəyik. Amma hansı mövqelərə uyğun oyunçu alacağımızı indidən deyə bilmərəm”.
38 yaşlı mütəxəssis mövsümün sonunadək müqaviləsi olan Elvin Məmmədova yeni sövdələşmə təklif edildiyini də bildirib. Qurbanovun sözlərinə görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi düşünmək üçün vaxt istəyib: “Elvin Antalyada bizimlə olacaq. Həmin vaxt futbolçumuzla yenidən danışacağıq. Məmmədov klub rəhbərliyinin təklifini qəbul etsə, yeni müqavilə bağlayacaq. Əks halda, onunla mövsümün sonunadək anlaşmamız qüvvədə olacaq”.
Baş məşqçi Elvin Məmmədovla problemlərinin yarandığı haqda xəbərləri də təkzib edib. Onun fikrincə, indiyədək gənc yarımmüdafiəçi ilə münasibətləri qaydasında olub.
Qeyd edək ki, “Qarabağ” klubu bu yaxınlarda 5 futbolçusu – Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev və Ansi Aqolli ilə müqavilə müddətini uzadıb. Heyətindəki oyunçuların əksəriyyəti yerlilərdən ibarət olan “Qarabağ”da cəmi 5 legioner - Admir Teli, Ansi Aqolli (hər ikisi Albaniya), Georgi Adamiya (Gürcüstan), Andrey Rubins (Latviya), Devran Ayhan (Türkiyə) var.
Mənbə: Lent.az
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər