"Qarabağ"ın rəqibləri bəlli oldu

ÖLKƏ FUTBOLU 28 Dekabr 2010 / 16:14 2816
-  A +

Məlum olduğu kimi "Qarabağ" qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışı keçəcək. Qol.Az-ın məlumatına görə, 28 gün ərzində qardaş ölkədə premyer liqanın 2-ci yarısının hazırlıqlarını yerinə yetirəcək komanda Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq "Qarabağ"ın rəqibləri də bəllidir. Yanvarın 22-də ilk yoxlama oyununa çıxacaq "Qarabağ"ın rəqibi Qazaxıstan əsas dəstə komandası "Ordabaşı" klubudur. Növbəti rəqib isə yanvarın 26-da Ukrayna premyerliqa təmsilçisi "İliçivets" olacaq. Yanvarın 30-u Ağdam təmsilçisi Rumuniya əsas liqasında 4-cü pillədə qərarlaşmış "Qaz Metan Medias"la qarşılaşacaq. "Qarabağ"ın 4-cü qarşılaşması isə fevralın 3-ü və ya 4-də baş tutacaq. Həmin günün seçiminə uyğun olaraq "Qarabağ" daha bir dəfə yoxlama oyununda gücünü sınayacaq.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu