"Turan" yeni baş məşqçisi əsas hədəfini açıqladı

"Turan" yeni baş məşqçisi əsas hədəfini açıqladı
ÖLKƏ FUTBOLU 27 Dekabr 2010 / 12:48 2258
-  A +

Bu gün «Turan» klubunun türkiyəli yeni baş məşqçisi Naci Şensoyla müqavilənin imzalanma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında N.Şensoy yenidən Azərbaycanda çalışacağından məmnunluğunu ifadə edib.
«2004-2005-ci illərdə də «Turan»da çalışmışdım. Daha sonra Türkiyəyə qayıtdım. Son komandam Bolqarıstanın «Lokomotiv» (Plovdiv) klubu olub. «Turan»ın rəhbərliyi mənə inandığı bildirib. Düzdür, mənə burada çətin olacaq. Lakin mən çətinliyi sevən insanam. Əsas hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır. Növbəti mövsüm isə ilk altılıq uğrunda mübarizə aparacağıq» - deyən N.Şensoy bildirib.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu