"Neftçi" daha dörd futbolçunu transferə çıxardı

"Neftçi" daha dörd futbolçunu transferə çıxardı
ÖLKƏ FUTBOLU 25 Dekabr 2010 / 17:37 3052
-  A +

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov transferə çıxarılacaq futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Qol.Az-ln klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fərid Quliyevin ardından Orxan Həsənov, Eşqin Quliyev, Vladimir Burduli və Ruslan Əmircanov da komandaya lazım olmayıb. "Flaqman" qış transfer pəncərəsi dönəmində heyətinə daha güclü futbolçular cəlb edəcək.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu