Toni Adams «Bakı»ya məğlubiyyətin səbəbini açıqladı

Toni Adams «Bakı»ya məğlubiyyətin səbəbini açıqladı
ÖLKƏ FUTBOLU 23 Dekabr 2010 / 16:22 2686
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Toni Adams Unibank Premyer Liqasında bu gün «Bakı»ya məğlubiyyətin (0:1) səbəbini açıqlayıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Adams ilk öncə rəqibi qələbə münasibətilə təbrik: «Bugünkü matçda 5 oyunçum zədə səbəbindən meydana çıxa bilməmişdi. "Bakı" bu gün bütün epizodlarda bizdən üstün oynadı. Çempionatda yaranan fasilə yerinə düşdü, qış fasiləsində oyunçularımızən zədəsini sağaldacağını düşünürəm. Biz bu il çempionluq üçün oynamırıq, "altılığa" düşmək uğrunda mübarizə aparırıq. Məqsədimiz güclü komanda formalaşdırmaqdır. "Qəbələ" klubu növbəti çempionatlarda birincilik üçün oynayacaq" - deyə o bildirib.

Daha çox


Son xəbərlər
topaz banner