“Neftçi”nin veteranları Azərbaycan Premyer Liqasının və hakimliyinin durumu ilə bağlı futbol ictimaiyyətinə müraciət ünvanlayıb. Qol.Az saytına daxil olmuş müraciətdə ilk öncə qeyd edilir ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafı”na dair ölkə prezidenti İlham Əliyevin məlum sərəncamından sonra futbol təsərrüfatında islahatlar aparılmağa başlanıb: “Ölkə futbolunun maddi-texniki bazasının möhkəmləndirilməsi, qabaqcıl təcrübəyə əsaslanan struktur islahatlarının aparılması və bu idman növünün təbliğində 2008-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilmiş Rövnəq Abdullayevin böyük xidmətləri var. Rövnəq Abdullayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2012-ci ildə qadınlar arasında dünya çempionatının keçirilməsi hüququ ölkəmizə verilib. AFFA rəhbərliyinin son illər gördüyü təqdirə layiq işlər arasında Peşəkar Futbol Liqasının yaradılması xüsusən qeyd olunmalıdır. Ölkə çempionatında oyunların daha peşəkar şəkildə təşkil olunmasında, Azərbaycan çempionatına azarkeşlər tərəfindən marağın artmasında, klublarımızın Avrokubokların qrup mərhələsinə düşmək uğrunda ciddi mübarizənin ortaya qoymasında PFL-in böyük rolu var. Biz futbol veteranları görülmüş bu işləri yüksək qiymətləndirir və dəstəkləyirik. Artıq futbol azarkeşləri yenidən stadionlara qayıtmağa başlayıblar. Lənkəran, Gəncə stadionlarında matçları 12-14 min tamaşaçı izləyir. Çempionatın səviyyəsi qalxdıqca, hakimliyin də səviyyəsi yüksəlməkdədir. AFFA-da aparılan islahatlar hakimlər korpusundan da yan keçməyib”.
Müraciətdə qeyd olunub ki, futbol veteranları hakimliyi diqqətlə izləyir və onların öz üzərlərində çox çalışdıqlarını görürlər: “Ölkə birinciliyinə yeni cəlb edilmiş cavan hakimlərin öz təcrübəli həmkarları ilə bərabər oyunları peşəkar, qərəzsiz və ədalətli idarə etmələri futbol hakimliyində əldə edilmiş uğurun bariz nümunəsidir. Bununla belə, futbolda oyunçuların, məşqçilərin və hətta şərhçilərin səhvlər etməsi kimi hakimlərin də xətalara yol verməsi normal qarşılanmalıdır. Çox təəssüf ki, bəzi Kütləvi İnformasiya Vasitələrində xırda hakim səhvlərini şişirtməklə, hakimlərin zəhmətini yerə vurmağa, onlara qara yaxmağa, aparılan uğurlu hakim islahatlarına kölgə salmağa çalışırlar. Bu cür ədalətsiz, reallıqdan uzaq olan çıxışlar bizim hiddətimizə, qəzəbimizə səbəb olub. Xüsusilə də Xəzər TV-nin “Futbol saatı” verilişində bir sıra yeni “ekspertlər” peyda olub, oyun epizodlarını qeyri-obyektiv və qeyri-peşəkarcasına şərh edərək futbol ictimaiyyətini çaşdırmağa çalışır, bu oyun situasiyalarına onlara sərf edən şəkildə qiymət verilməsinə səy göstərirlər. Bəzi insanların diktəsi ilə epizodları özlərinə sərf edən şəkildə şərh edirlər. Çirkin əməllərinə görə hakimlikdən uzaqlaşdırılan keçmiş FİFA referisi Babək Quliyev efirdən həmin proqramda öz şəxsi mənafeyi naminə istifadə edir, heç bir etik normalarını gözləmədən kobud və mədəniyyətsiz tərzdə çıxış edir. O, qərəzli şəkildə hakimləri ittiham edir və bu sahəyə rəhbərlik edən şəxslərə qarşı bəslədiyi əsassız kin-küdurətini nümayiş etdirir. Hesab edirik ki, əməllərinə görə onun futbolumuzdan uzaqlaşdırılması düzgün addım olub və belələrinə qarşı daha sərt mövqe tutulmalıdır.
Biz hesab edirik ki, AFFA və PFL-in son illər əldə etdiyi uğurları təkzib etmək mümkün deyil. Azərbaycan futbol hakimliyində əldə edilmiş obyektivlik bunun bariz nümunəsidir. Bu səbəbdən, “Neftçi” futbol veteranları hakimliyin əleyhinə edilən çıxışları pisləyir, onların müəlliflərini tənqid edir və gələcəkdə bu cür halların aradan qaldırılacağına ümid edir” – deyə “Neftçi” veteranlarının müraciətində bildirilib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər