«Qarabağ»ın oyununda dünya futbolunda görünməmiş hakim biabırçılığı

«Qarabağ»ın oyununda dünya futbolunda görünməmiş hakim biabırçılığı
ÖLKƏ FUTBOLU 18 Dekabr 2010 / 14:10 3352
-  A +

Bu gün Unibank Premyer Liqasında keçirilən «Qarabağ» - «Muğan» matçında Azərbaycan hakimliyi adına biabırçı olay yaşanıb. Qol.Az-ın məlumatına görə, baş hakim Ceyhun Həşimov saniyəölçənini düzgün tənzimləyə bilmədiyindən birinci hissəni 43-cü dəqiqədə dayandırıb.
Biabırçı fakt odur ki, hakim bundan yalnız fasilədə xəbər tutub. Bu səbəbdən oyunun ikinci hissəsinə çıxan komandalar ilk əvvəl birinci hissədə «yaddan çıxmış»iki dəqiqəni və əlavə edilmiş 1 dəqiqəni oynayıblar. Bundan sonra isə komandalar ikinci hissəyə başlayıblar.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu