AZAL klubu bu komanda barəsində «İnter»in prezidenti Georgi Nikolovun səsləndirdiyi «AZAL bizimlə oyunda əsl voleybol oynayırdı» fikrinə etiraz olaraq bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytındakı dərc olunmuş bəyanatda bildirilib ki, bu mövsüm gözəl oyunu və əldə etdiyi nəticələrlə futbol azarkeşlərinin rəğbətini qazanan AZAL-ın uğurlu çıxışı, deyəsən, bir çoxlarının xoşuna gəlmir: “Unibank” Premyer Liqasının 17-ci turunun “İnter” - AZAL oyunundan sonra meydan sahibi olan klubun prezidenti Georgi Nikolov da öz açıqlamalarında bir daha bunu sübut edir. “...AZAL da bizə qarşı əla voleybol oynadı. Rəqib müdafiəçilər iki dəfə əlinin köməyi ilə, mükəmməl blokla qapıya doğru uçan topun qarşısını kəsdi...” - deyən Nikolovun voleybol biliyini alqışlamağa dəyər. Yəqin ki, bu açıqlamalardan sonra ona ölkə voleybolunda hansısa yüksək vəzifə təklif oluna bilər. Amma, görəsən, o bilirmi ki, voleybolda 1:1 hesabı qeydə alına bilməz? Üstəlik, topa başla toxunuş da qadağandır? AZAL-ın isə oyundakı yeganə qolunu məhz cinah hücumundan sonra başla vurduğunu görüşü stadiondan və ekran qarşısından izləyən azarkeşlər də, futbol mütəxəssisləri də, jurnalistlər də, elə həmin “İnter”in futbolçuları da yaxşı gördülər. Əgər çox hörmətli Nikolov AZAL və “İnter” arasında keçirilən birinci dövrənin oyunundan sonra voleybol barədə danışsaydı, bəlkə də bunu başa düşmək olardı. Hər halda, 5:0 voleybol hesabına daha yaxındır.
“İnter” prezidentinin nəzərinə onu da çatdırmaq istəyirik ki, onun söhbət açdığı epizodlarda top iki dəfə, nə qədər qəribə səslənsə də, “İnter”li futbolçuların əlinə dəyib. Bunu matçın müxtəlif rakurslardan qeydə alınmış videoyazısı da aşkar sübuta yetirir. Təsadüfi deyil ki, oyundan sonra ölkə idman mətbuatında dərc olunan yazılarda AZAL futbolçularının qaydalardan kənara çıxması ilə bağlı bir cümləyə belə rast gəlinmir. Bizim üçün Georgi Nikolovun futbol biliyindən çox, bu işin peşəkarları olan jurnalistlərin dəqiq və qərəzsiz münasibəti maraqlıdır. Cənab Nikolova isə məsləhət görürük ki, oyun qaydaları ilə yaxından tanış olsun.
Ümumiyyətlə, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL PFK-ya qarşı səslənən haqsız ittihamların sırasına daxil olan növbəti nümunədir. Güclünün daha çox mühakimə edildiyini biz də yaxşı anlayırıq. Amma bir daha qəti şəkildə bəyan edirik ki, AZAL PFK olaraq komandamıza qarşı səslənən istənilən qeyri-obyektiv və kinayəli ittihamlarla razılaşa bilmərik. Bu səbəbdən “İnter”in prezidenti Georgi Nikolovun da yuxarıda səsləndirdiyi sözlərə biganə qalmamaqla, klubumuza tərəf yönələn istənilən mənfi fikirlərə cavab verməyi özümüzə borc bilirik. İnanırıq ki, Azərbaycanın dəyərli idman mətbuatı “İnter” - AZAL oyununu bir daha təhlil etməklə, kimin haqlı, kimin haqsız olduğunu tezliklə üzə çıxaracaq» - deyə sənəddə bildirilib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər