“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi
- Tuyqun bəy, komandanız zirvəyə yüksəldi. Liderliyi qoruya biləcəksinizmi?
- Çox şadam kı, komandamız liderliyə yüksəldi. Ancaq qəti arxayınlaşmaq olmaz. Komandamızı qarşıda çətin oyunlar gözləyir. Çalışmalıyıq ki, bütün qarşılaşmalarda maksimum nəticə göstərək. Zirvəyə yüksəlmək nə qədər çətindirsə, onu qoruyub saxlanmaq daha çətindir. Bu mövsüm ölkədaxilində çempion olmaqla yanaşı kuboku qazanmaqla "qızıl dubl" etmək, həm də Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik. İnanıram ki, məqsədimizə çatacağıq.
- "Gəncə" öz meydanında "Xəzər Lənkəran"ı 4:1 məğlub etmişdi, komandanız isə 1:0 hesabıyla qalib gələ bildi. Bununla belə istədiyiniz revanş baş tutmadı.
- Bu gün istənilən rəqib komandamızla oyuna xüsusi köklənir, öz meydanında isə istəyir ki, doğma azarkeş faktorundan da yararlanıb qələbə qazansın. Bu onu göstərir ki, "Xəzər Lənkəran" futbolumuzda özünəməxsus yer tutur. Gəncədəki oyun alınmadığından gözlənilməz məğlubiyyətlə üzləşmişdik. "Gəncə" Lənkəranda da yaxşı oynadı, güclü komanda qalib gəldi. Burda başqa nəsə yoxdur. Böyükhesablı qalibiyyət olmasa da, qələbə qələbədir. Çempionatın maraqlı tərəfi ajiotaj və gözlənilməz nəticələrin olmasındadır.
- "Neftçi"nin məğlub olması "Xəzər Lənkəran"ın işinə yaradı.
- Futbolda həmişə qələbə qazanmaq olmur. "Neftçi" də uduzub, "Xəzər Lənkəran" da. Çempionatda ən az məğlub olan bu komandalardır. Həm "Neftçi", həm də "Xəzər Lənkəran" meydanı iki dəfə məyus halda tərk edib.
- Çox güman ki, əsas rəqibinizin uğursuzluqla üzləşməsinə sevinirsiniz.
- Biz heç bir komandanın məğlub olmasını arzulamırıq. Əksinə, rəqiblərimizin yaxşı nəticələr qazanmasını istəyirik. Çempionat davam edir, qarşıda uzun marafon var. Kim güclüdürsə, o da qalib olsun və bundan sonra Azərbaycanı Avropada layiqincə təmsil etsin.
- "Bakı"ya təşəkkür etdinizmi?
- Kimsə udmalı, kimsə də uduzmalıdır.
- Növbəti turda "Xəzər Lənkəran"ı çətin günlərini yaşayan MOİK-lə oyun gözləyir.
- Komandamız üçün bütün rəqiblər güclüdür. Fərqi yoxdur ki, "Neftçi", "İnter" və ya MOİK-lə qarşılaşırıq. Çempionatda asan oyun yoxdur.
- "Qarabağ"ı necə, məğlub edə biləcəksinizmi?
- Futbolçularımız qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Rəqib güclü komandadır. İnanıram ki, ilk dövrədə olduğu kimi rəqibi yenə də məğlub edəcəyik.
- Qış fasiləsində komandanızda ciddi dəyişiklik olacaqmı?
- İslahatların olması labüddür. Bu, normal qəbul olunmalıdır. Ancaq komandamızda böyük islahatlar olmayacaq. Heyət daha da gücləndiriləcək.
- Kimlərin göndəriləcəyi və neçə futbolçu transfer ediləcəyi məlumdurmu?
- Xeyr. Bu məsələyə "Qarabağ"la oyundan sonra aydınlıq gələcək. Baş məşqçimiz qərar verəcək.
- Klubun sahibi Mübariz Mənsimov komandanızla əlaqə saxlayırmı?
- Əlbəttə. Mübariz müəllim işləri çox olduğundan oyunlarımızı yaxından izləməsə də, daim əlaqə saxlayır. Komandamızın zirvəyə yüksəlməsi onu sevindirib (supersport.az).
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər