Futbol üzrə Unibank Premyer Liqasının XVII turunda “Neftçi” və “Bakı” komandaları arasında keçirilmiş oyundan sonra baş verən xoşagəlməz olaylar Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyini ciddi tədbirlərə əl atmağa vadar edib. Bu haqda mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Respublika stadionunda keçiriləcək bütün qarşılaşmalar zamanı mətbuat üçün sektora kənar şəxslər, paltardəyişmə otağının ətrafına isə klub mühafizəçiləri buraxılmayacaqlar. İsmayılov bildirib ki, gələn ildən bu məsələlərə ciddi yanaşılacaq: “Stadionumuzda keçirilən hər oyun vaxtı mətbuat üçün sektorları kənar şəxslər zəbt edirlər. Amma jurnalistlər ayaq üstə qalırlar. Artıq bu il keçdi, cəmi 3 tur qalıb. Nəzərdə tutduğumuz tədbirləri 2011-ci il fevralın 12-də arenamızda baş tutacaq “Bakı” – “Muğan” matçından etibarən həyata keçirəcəyik. Polislər jurnalist vəsiqəsi olmayan şəxsləri media-sektora buraxmayacaqlar. İstəyir lap futbolçu, futbol veteranı olsun. İstisna kimi AFFA nümayəndəsinə icazə verilə bilər. Qalanlar isə gedib azarkeşlər üçün sektorlarda otursunlar. Jurnalistlərin yerində bir nəfər də kənar adam oturmayacaq”.
“Neftçi” – “Bakı” qarşılaşmasından sonra yaşananları görmədiyini deyən stadion direktoru həmin vaxt qarşı tərəfdəki VİP-lojada olduğunu bildirib. Olaylardan xəbər tutduqdan sonra İsmayılov qalmaqal iştirakçılarının stadionu tərk etmələrini tələb edib: “Klub mühafizəçiləri bilməlidirlər ki, polislər onları paltardəyişmə otağının qarşısına dava salmaq üçün buraxmayıblar. Əgər belə fikirləri varsa, stadionumuz dava-dalaş məkanı deyil. Getsinlər, haqq-hesablarını başqa yerdə çürütsünlər! Gələn ildən onların da paltardəyişmə otağı qarşısına buraxılmasına icazə verilməyəcək”.
Qeyd edək ki, “Neftçi” – “Bakı” matçından sonra iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. İnsidentə klub rəsmiləri və mühafizəçiləri də müdaxilə edib. Nəticədə “Bakı”nın afrikalı legioneri İbrahim Karqbo döyülərək təhqir edilib (lent.az).
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"