Osman Ndoye: "Bilmirəm, “Xəzər Lənkəran”ı seçim, yoxsa “Rapid”i"

Osman Ndoye: "Bilmirəm, “Xəzər Lənkəran”ı seçim, yoxsa “Rapid”i"
ÖLKƏ FUTBOLU 9 Dekabr 2010 / 14:17 3888
-  A +

Hazırda Rumıniyanın “Dinamo” klubuna məxsus olan afrika əsilli futbolçu Osman Ndoye karyerasını “Xəzər Lənkəran”da davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, 32 yaşlı futbolçu özü də Rumuniya mətbuatına müsahibəsində bunu istisna etməyib: “ Mən artıq Buxarest “Dinamo”unda qalmaq istəmirəm. Çox güman ki, qışda komandanı tərk edəcəm. Bildiyimə görə, mənimlə “Xəzər Lənkəran” və “Rapid” klubları maraqlanır. Hətta Lənkəran klubunun rəhbərliyi mənə görə 23 min avro ödəməyə də hazırdır. Lakin “Dinamo” rəhbərliyi 30 min avro tələb edir. Hazırda iki klub arasında seçim qarşısında qalmışam. Bilmirəm, “Xəzər Lənkəran”ı seçim, yoxsa “Rapid”i".

Son xəbərlər