«Bu gün komandamız çox pis oynadı. Şəxsən mən futbolçularımızın oyunundan razı qalmadım. «Muğan» «Bakı»dan daha ağıllı futbol nümayiş etdirdi ki, mən buna görə onları yalnız təbrik edə bilərəm. Açığını bilmək istəyirsinizsə, mən bugünkü qələbəmizə, daha doğrusu, bu səviyyəli oyunla əldə edilən uğura qətiyyən sevinmirəm». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Bakı» klubunun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov deyib.
Qeyd edək ki, NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün “Bakı” öz meydanında «Muğan»la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Bakı” “Muğan”a 5:3 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə əldə edib.
Zeynal Məmmədovun fikrincə, «Bakı»nın növbəti mərhələyə vəsiqə əldə etməsi ədalətli olmayıb: «Belə oyunla uğur qazanmaqdansa, qazanmamaq daha yaxşıdır. Mən komandamızın bugünkü oyununu ürəkağrısı ilə seyr etdim. Belə oyun nümayiş etdirmək sadəcə olaraq, ayıbdır».
Klub rəsmisi komandalarının son iki oyundakı zəif çıxışının səbəbini anlamadığını da deyib: «Simurq»a məğlubiyyət biabırçılıq idi. Ola bilər ki, həmin qarşılaşmadakı uğursuzluğun təsiri bugünkü oyunda da özünü göstərdi».
Z.Məmmədov «Bakı»nın futbolçuları arasında nizam-intizamın olmaması barədə fikirləri təkzib edib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"