Əfran İsmayılov: «Qarabağ» üçün hələ heç nə bitməyib»

Əfran İsmayılov: «Qarabağ» üçün hələ heç nə bitməyib»
ÖLKƏ FUTBOLU 7 Dekabr 2010 / 18:10 2343
-  A +

«Deməyə heç nə qalmayıb. «Turan»ı yalnız təbrik edə bilərəm». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Qarabağ»ın gənc yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Zədəsi səbəbindən oyunu buraxan və matçı stadiondan izlədiyini deyən Əfran komandasının 10-dək qol epizodu yaxaladığını, amma bundan istifadə edə bilmədiyini vurğulayıb: «Bəlkə də məğlubiyyətimizə arxayınçılıq da səbəb oldu. Artıq kubokdan əlimizi üzmüşük. Bu uğursuzluğu unudub «Simurq»la bu həftə çempionatda keçiriləcək oyunu düşünməliyik. Çempionata var gücümüzlə hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Birinci növbədə ən azı ilk altılıqda yerimizi möhkəmlətməliyik».


Son xəbərlər