Olimpiya çempionu, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurov "Neftçi" futbol klubuna dəstək olan açıqlama ilə çıxış edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Mansurov “Neftçi” barəsində dərc olunan əsassız yazıları tənqid edib: "Son vaxtlar bəzi mətbu orqanlarda yazılanları və idman saytlarını izləyən zaman "Neftçi" komandasının əleyhinə yönəlmiş ədalətsiz yazıları oxuduqca sarsılıram. Bu qərəzli cızma-qaralardan açıq-aydın görünür ki, bəzi dırnaqarası yazarlar "Neftçi"nin uğurlarını həzm edə bilmirlər. Belələri unudurlar ki, "Neftçi" ölkəmizin ən köklü, hazırda isə ən güclü komandasıdır. Sadıq Sadıqovun komandaya prezident təyin olunmasından sonra göstərilən sistemli oyun, ardıcıl qələbələr, xüsusən komandanın zövqoxşayan hücum futbolu nümayiş etdirməsi "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin idmançılarını hədsiz dərəcədə sevindirir. "Neftçi" İSM üzvlərinin bütün uğurları Sadıq Sadıqovun yüksək idarəçilik bacarığı sayəsində mümkün olub. Sadıq müəllim idmançılara çox gözəl münasibət göstərir, onların hər bir qayğısı ilə maraqlanır, problemlərini həll edir. Görünür, "Neftçi" İSM və "Neftçi" PFK-dakı bu dinamik inkişaf bizləri sevindirdiyi kimi, bəzi bədxahların da açıq hiddətinə səbəb olub. Üzümü futbolçulara tutub demək istəyirəm ki, belə bədniyyət insanların qərəzli və populist çıxışlarına əhəmiyyət verməsinlər, ruhdan düşməsinlər. Əksinə, həmişəkindən də gözəl oyun nümayiş etdirərək, ardıcıl qələbələr qazansınlar və ğz uğurları ilə bu bədxahların çirkin arzularını ürəklərində qoysunlar. Həmin KİV nümayəndələrinə xatırlatmaq istəyirəm ki, Azərbaycan futbolunun indiki inkişaf dövründə futbolumuza əngəl olmaqdansa, ona kömək etmək daha yaxşı olardı" – deyə F.Mansurov bildirib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi