«Son günlər bəzi media orqanlarında «Neftçi» klubuna qarşı əsassız ittihamlar irəli sürülür, komandamızın halal uğurlarını kölgə altına salan uydurma məlumatlar yayılır». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib. «Görünür, bəziləri hələ də «Neftçi»nin bu çempionatda ən çox qol vuran, ən az qol buraxan komanda olduğunu, bombardirlər siyahısına məhz bizim hücumçumuz Bahadır Nəsimovun başçılıq etdiyini ya unudurlar, ya da həzm edə bilmirlər. Sadıq Sadıqovun gəlişindən sonra «Neftçi» əvvəlki ruhunu özünə qaytarmağa başlayıb, bu gün komandamızın hansı mövqedə olduğu göz qabağındadır. Sadıq Sadıqov başda olmaqla, «Neftçi» klubunda təmiz insanlar çalışır. Onlar məhz halal qələbə istəyir və çox şükür ki, buna da nail olur. Amma bəzi qərəzli jurnalistlər köhnə vərdişlərindən əl çəkməyərək «Neftçi»yə qarşı əsassız hücumlar edir, insanları futboldan uzaqlaşdırmaq istəyir» - deyə E.Əşrəfoğlu bildirib.
«Üzümü hakimlərin «Neftçi»yə kömək etdiyini iddia edənlərə tuturam, ən azı dünən AZAL-a qarşı keçirdiyimiz qarşılaşmaya baxın. Hakim bizə kömək etsəydi, iki mühüm xal itirməzdik. Mən cəmi bir gün əvvəl, dünən keçirildiyi üçün bu matçı misal gətirdim. Geridə qoyduğumuz 16 oyunun əksəriyyətində «Neftçi»yə qarşı hakimlər tərəfindən təzyiqlər olub. Nəyə görəsə media bunları görmək istəmir. Əgər belədirsə, o zaman heç olmasa, oyunçularımıza qarşı bəzi futbolçuların kobudluğunlan yazsınlar. Bu gün «Neftçi» haqda cəfəng fikirlər səsləndirənlər aparıcı futbolçumuz olan Flavinyonun ayağının sındırılmasına göz yumdular. Bahadır Nəsimovu vəhşiliklə sıradan sıxarmaq istəyirlər. Onlar təkcə «Neftçi»nin deyil, bizmm çempionatın bəzəyi olan oyunçulardır. Niyə bundan yazmırlar, bu faktları pisləmirlər?» - deyə E.Əşrəfoğlu qeyd edib.
E.Əşrəfoğlu AZAL-la oyundan əvvəl bu klubun rəsmilərinin «Neftçi» haqda əsassız və məntiqsiz fikirlər səsləndirdiyini söyləyib: «Bildirirlər ki, gərək, «Neftçi» AZAL-la oyunu teletransilasiya etməliydi. Bu, çox gülünc fikirlərdir. Biz qonaq komandayıq, meydan sahibi isə AZAL-dır. Məntiqlə də oyunun teleyayımını biz yox, AZAL təşkil etməliydi. Bildiyiniz kimi, bizim oyunların yayım hüququnu «Palitra» şirkəti alıb və hər ev oyunumuz «Lider» kanalı vasitəsilə canlı yayımlanır. Əgər AZAL tərəfdən bizə müraciət olunsaydı, hətta bu komandayla səfər oyunumuzu da yayımlaya bilərdik. Amma görünür, AZAL bunda da maraqlı olmadı. Dünənki oyunda bu komandanın müdafiəçilərinin, xüsusilə Elvin Əliyevin hansı hoqqalardan çıxdığı göz qabağında idi» - deyə o bildirib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"