Bahadır Nəsimovdan sərt açıqlama

Bahadır Nəsimovdan sərt açıqlama
ÖLKƏ FUTBOLU 4 Dekabr 2010 / 19:02 3302
-  A +

Unibank Premyer Liqasının bombardiri Bahodir Nasimov AZAL – "Neftçi" oyunundan sonra fikirlərini klubun rəsmi saytına bildirib: Qol.Az-ın məlumatına görə, özbəkistanlı futbolçu hakimlərdən gileylənib: "Artıq neçə oyundur ki, rəqib komandaların müdafiəçiləri mənə qarşı açıq-aşkar kobudluq edirlər. Bu gün AZAL-la qarşılaşmada da arxadan vurulan zərbə nəticəsində zədələndim. Mən vurduğum qollarla, göstərdiyim oyunla yalnız Azərbaycan futbolunun inkişafı üçün tər tökürəm. Təəssüflər olsun ki, hakimlər nəinki vəhşilik edən rəqib futbolçuları cəzalandırmır, heç cərimə zərbəsi belə təyin etmirlər. Bu cür hallara göz yummaq olmaz! FİFA da, UEFA da hakimlərə tövsiyə edir ki, peşəkar futbolçulara yaraşmayan hərəkətləri edən oyunçulara hakimlər dərhal cəza tədbirləri görməlidirlər".

Son xəbərlər