«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov bir daha bəyan edib ki, «Xəzər Lənkəran» klubundan onlara heç bir etiraz məktubu daxil olmayıb.
Xatırladaq ki, bəzi «Neftçi» azarkeşlərinin «XL»in ünvanına təhqiramiz şüarlarına görə cənub təmsilçisi paytaxt klubuna etiraz məktubu göndərdiyini, sonuncular isə onu almadığını bildirir.
Qol.Az-ın müxbiri ilə söhbətində Tahir Süleymanov deyib ki, son dövrlər «Neftçi»nin uğurlarına kölgə salmaq istəyən qüvvələr var: «Bizim uğurlarımızı həzm etməyənlər istənilən vasitələrə əl atırlar. Tuyqun Nadirovun Qol.Az saytına açıqlaması mənə çox təəccüblü gəldi. Bir daha bəyan edirik ki, «Neftçi»yə «Xəzər Lənkəran» klubundan nə poçt, nə faks, nə də e-maillə heç bir məktub daxil olmayıb».
T.Süleymanov bu məsələylə bağlı T.Nadirovla söhbəti olduğunu təsdiqləyib: «Şəxsən iki gün öncə faks nömrəmizi Tuyqun müəllimə vermişəm ki, istənilən məktubu bizə göndərə bilər. Necə olur ki, hələ Azərbaycanın daxilini bir kənara qoyuram, İngiltərədən «Everton»dan, Rusiyadan «Rubin»dən bizə məktub gəlir, amma Tuyqun Nadirovun məktubu yolda itib-batır?! Bu, mümkün olan iş deyil. Tuyqun müəllim istəsəydi, bu cür mənasız çıxışlardansa, o məktubu şəxsən özü artıq «Neftçi» klubuna çatdırmışdı. Digər tərəfdən, iki klubun rəhbərlyii arasında son dərəcə mehriban dostluq münasibətləri hökm sürür. Amma hiss olunur ki, bu münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. O ki qaldı Tuyqun müəllimin «Neftçi»nin daxilində problemlər olması barədə fikrinə, komandamızın bu gün çempionatda tutduğu yer hər şeyin əyani göstəricisidir. Klubumuzun prezidenti Sadıq Sadıqov «Neftçi»yə gələndən sonra klubda yaranmış problemləri necə yoluna qoyubsa, bu gün artıq «Neftçi» alınmaz bir qalaya çevrilib. Bütün kənar qüvvələr də bilməlidir ki, bu qala alınmazdır» - deyə T.Süleymanov bildirib.
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"