“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu son zamanlarda «flaqman»ın uğurlarına kölgə sala biləcək şayiələrə öz münasibətini bildirib. Qol.Az-ın məlumatına görə, Əşrəfoğlu ilk öncə AZAL klubunun mərakeşli futbolçusu, 5 qolla bombardirlər siyahısında olan Zohair Benouahinin hakimlərin “Neftçi”yə kömək etməsilə bağlı fikirlərinə aydınlıq gətirib: “Çox qəribədir ki, Zohairin 3-5 gündür Azərbaycana gəlməsinə baxmayaraq, “Neftçi”nin uğurlarına şübhə ilə yanaşır. Təbii, o nə bilsin ki Azərbaycan futbolunun flaqmanı hansı klubdur. Bu barədə futbolçuya gərək klubu tərəfindən məlumat verilsin. Çox təəssüf ki, AZAL-ın bu sahədəki işləri heç də qaydasında deyil. Bununla belə, “Neftçi”nin uğurları göz qabağındadır. Komanda müdafiədə etibarlı oynamaqla yanaşı, hücumda da inamlı təsir bağışlayır. Təsadüfi deyil ki, Premyer Liqada 30 qola imza atan “Neftçi” klubunun hücumçusu Bahadır Nəsimov hazırda bombardirlik siyahısına başçılıq edir. Lakin Zohair isə “Neftçi”nin bu uğurlarını görsə də, qəbul etmək istəmir. Bildiyimə görə, o, hətta namaz da qılır. Əgər Zohair də məşhur Azərbaycan kinosu olan “Dəli Kür” filmində “Ey zəbəl ə, ey zəbəl hə, ey zəbəl tə” deyən mollalardandırsa, daha ona heç bir sözüm yoxdur. Yox, əgər həqiqi namaz qılan müsəlmandırsa, bəs, qoxrmur ki, Allah qarşısında günaha batır”.
Klub rəsmisi daha sonra “Neftçi”də Fərid Quliyevlə yanaşı, bir neçə futbolçunun da transferə çıxarılması barədə gəzən söz-söhbətlərə də öz münasibətini bildirib: “Biz Fərid Quliyevi böyük ümidlərlə transfer etmişdik. Rəhbərlik olaraq ondan çox şey gözləyirdik. Lakin Fərid özünü doğrultmadı. Baş məşqçi Arif Əsədov da öz formasını bərpa etmək üçün onu əvəzedici heyətə göndərdi. Futbolçunun özü də bunu normal qarşıladı. Ruslan Əmircanov və Elmar Baxşıyev kimi futbolçulara gəldikdə isə bu oyunçuların işləri qaydasında gedir. Baş məşqçi də onların oyunundan razıdır. Belə olan təqdirdə biz bu futbolçuları niyə transferə çıxaraq ki?! Düşünürəm ki, hər deyilənlərə inanmaq lazım deyil. Çox təəssüf ki, bu cür jurnalistlər mətbuatda yanlış xəbərlər yazmaqla futbolçuları da ruhdan salırlar».
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"